Michelin şirkəti 202 milyon avro zərərə düşüb

Michelin şirkəti 202 milyon avro zərərə düşüb

AVTO
1,048

“Michelin” şirkəti Rusiyadan çəkildiyinə görə 202 milyon avro zərərə düşdüyünü açıqlayıb.

Fins.az Fransa mətbuatına istinadla xəbər verir ki, bu barədə təkər istehsalçısı olan “Michelin”in yarımillik hesabatında bildirilib. Hesabatda qeyd olunur ki, şirkətin Rusiyadakı əməliyyatları dayandırması ona ziyan gətirib.

Bununla belə, şirkətin birinci yarımillik satışlarında 18,7 faiz artım qeydə alınıb. Əməliyyat mənfəəti də 7,7 faiz artaraq 1,5 milyard avroya çatıb.

Şərqi Avropa və Çin bazarı istisna olmaqla, “Michelin” təkərlərinin satışı gözləniləndən aşağı olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Michelin şirkəti 202 milyon avro zərərə düşüb — Fins.az — Fins.az