“Mercedes"in bu modellərin istehsalı dayandırılır - FOTO

“Mercedes"in bu modellərin istehsalı dayandırılır - FOTO

AVTO
1,467

Pikap “X-klass” ilk dəfə olaraq, 2017-ci ildə təqdim edilmişdir və “Nissan Navaro” ilə vahid platformada istehsal edilib.

Fins.az xəbər verir ki, “X-Klass”a iki turbodizel mühərriki qoyulur, birinci mühərrik “Renault” şirkətinə məxsus 2,3 litrlik, 163 və 190 at gücünə malikdir. İkinci isə “Mercedes-Benz”in özünə aid olan 3-litrlik, 258 at gücünə malik mühərrikdir. Avtosfer.az xəbər verir ki, “Mercedes”in ilk pikapı “X-Klass” öz seqmentində uğurlu model olacağına dair ümidləri doğrutmayıb. Bu da avtomobilin yüksək qiyməti (Almaniyada 48.000 avrodan başlayaraq) və alıcı bazarında iri rəqiblərin olmağından irəli gəlir.

Qeyd edək ki, 2018-ci ildə Avropa, Avstraliya və Şimali Afrikada cəmi 16.700 avtomobil satılıb. Bu səbəbdən “Mercedes-Benz” şirkəti avtomobilin istehsalını dayandırmaq fikrinə gəlib.

“JATO Dynamics” nəşrinə əsasən, 2018-ci ilin yanvar-aprel aylarında Avropada ən çox satılan pikaplararın sırasında “Ford Ranger”, “Toyota Hilux”, “Nissan Navara”, “Mitsubishi L200” və “Volkswagen Amarok” olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Mercedes"in bu modellərin istehsalı dayandırılır - FOTO — Fins.az — Fins.az