
Mercedes SL-in yenilənmiş versiyasının ilk fotoşəkilləri ortaya çıxdı
Fins.az - Mercedes SL roadsterinin restayling edilmiş versiyasına aid ilk şpion fotoşəkillər bu həftə internetdə yayıldı.
Fotolar avtomobilin yeni dizayn elementlərini və texniki yeniliklərini qiymətləndirməyə imkan verir.
SL (almanca Sport Leicht — “idman və yüngül”) modeli markanın ən uzunömürlü avtomobillərindən biridir. İlk nəsil 1954-cü ildə təqdim olunub, hazırda isə yeddinci nəsil istehsal edilir. Bu il avtomobilə beş yaş tamam olur və Mercedes-Maybach SL ilk dəfə bazara çıxıb.
Şpion fotoşəkillərdə prototipin ön hissəsi əsasən kamuflyajlanıb, lakin bəzi yeniliklər görünür:
Böyük üçbucaqlı ulduz formalı fənərlər;
Fənər bloklarının yenilənmiş forması;
Radiator barmaqlığında qara kontrast çərçivənin əlavə olunması ehtimalı.
Arxa hissədə isə hələ dəyişiklik yoxdur, lakin “ulduz” üslublu yeni arxa işıqların gələcəyi gözlənilir.
Texniki yeniliklər də diqqət çəkir: bütün 8-silindrli versiyalar V8 M177 Evo 4.0 litrlik turbo mühərrikinə keçəcək. S-klass sedanında bu mühərrik 537 a.g. və 750 Nm fırlanma momenti təmin edir. Hazırkı SL 55 isə 476 a.g. və 700 Nm-dir.
Yenilənmiş Mercedes SL-in təqdimatı 2026-cı ildə baş tutacaq. Qeyd edək ki, bu həftənin əvvəlində Mercedes-Maybach S-Class-ın restayling edilmiş versiyası rəsmi olaraq təqdim edilib.

