Mercedes-Benz satışları ikinci rübdə 6% artıb

Mercedes-Benz satışları ikinci rübdə 6% artıb

AVTO
1,468

Mercedes markasını və mərkəzi Ştutqartda yerləşən Daimler AG Group-un verdiyi açıqlamada, Mercedes Benz-in avtomobil və yüngül ticari avtomobil tədarüklərinin ilin aprel-iyun dövründə eyni dövrə nisbətən artdığı bildirilib. 

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət satışları ilin ikinci rübündə elektrikli və lüks avtomobillərə olan tələbat səbəbiylə yüzdə 6 artıb.

Şirkətin ən böyük bazarı olan Çində avtomobil tədarükü də ikinci rübdə 12% artaraq 183 min 600-ə çatıb. Almaniyada tədarüklər 23% artaraq 58,600-ə, ABŞ-da isə 6% artaraq 88,100-ə çatıb.

Elektrikli avtomobil satışları 123% artaraq 56 min 300 ədəd oldu.

Zəminə Hüseyn
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mercedes-Benz satışları ikinci rübdə 6% artıb — Fins.az — Fins.az