Mercedes-Benz premium vertolyotunu təqdim etdi

Mercedes-Benz premium vertolyotunu təqdim etdi

AVTO
327

Finss.az - Mercedes-Benz ACH145 Mercedes-Benz Edition adlı vertolyotunu təqdim edib. Bu layihə Airbus Corporate Helicopters ilə əməkdaşlıq nəticəsində hazırlanıb və əsasən hava və torpaq üzrə premium sinif estetikaya üstünlük verən müştərilər üçün nəzərdə tutulub. İdeya budur ki, istifadəçi avtomobildən vertolyota keçərkən Mercedes-Benz üslubunu qoruyub saxlaya bilsin.

Vertolyotun interyeri tamamilə şirkət dizaynerləri tərəfindən hazırlanıb və atmosferi EQS konsept avtomobilləri və ya son Maybach modellərini xatırladır. Dizaynda yüksək keyfiyyətli dəri, təbii ağac döşəmələr və metal dekorativ elementlərdən istifadə olunub.

Müştərilərə Atlas, Polaris və Solaris kimi kosmik adlara malik 6 hazır dizayn mövzusu təqdim olunur. İstəyənlər üçün isə tam fərdiləşdirmə də mümkündür, məsələn, şəxsi yaxtasının rəng palitrasına uyğun dizayn. Salon 4–8 sərnişin üçün nəzərdə tutulub və unikal tikişli ergonomik oturacaqlarla təchiz edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mercedes-Benz premium vertolyotunu təqdim etdi — Fins.az — Fins.az