
Mercedes-Benz G 500 Avropada sifarişdən çıxarılıb
Fins.az - Mercedes-Benzın G 500 modeli Avropa bazarında sifariş siyahısından çıxarılıb.
Məlumata görə, 3,0 litrlik M256 mühərrikinin modernləşdirilməsi səbəbindən bu versiyanın yeni sifarişləri müvəqqəti dayandırılıb.
G 500 modeli ilk dəfə 1998-ci ildə təqdim olunub və G-Class seriyasının ən məşhur versiyalarından biri kimi tanınır.
Qeyd olunur ki, hazırda G-Class-ın digər yanacaq versiyalarına yüksək tələbat səbəbindən bazarda sifariş sırası artmaqdadır.