
Maserati GranTurismo, GranCabrio və Grecale modellərini yeniləyir
Fins.az - Maserati markası öz model xəttindəki üç əsas avtomobili yeniləməyə hazırlaşır.
Yenilənmə prosesinə Maserati Grecale krossoveri, Maserati GranTurismo kupesi və onun açıq damlı versiyası olan Maserati GranCabrio daxildir.
Stellantis konserninə məxsus olan Maserati artıq bu modellərin maskalanmış prototiplərini yol testlərinə çıxarıb.
Yenilənmələr əsasən dizayn, texnoloji sistemlər və ümumi komfort səviyyəsini əhatə edəcək. Şirkət bu modellərlə premium seqmentdə rəqabət gücünü artırmağı hədəfləyir.