Maserati 95 illik yubileyini xüsusi seriya ilə qeyd edib

Maserati 95 illik yubileyini xüsusi seriya ilə qeyd edib

AVTO
585

Maserati markası özünün avtomobil idmanındakı 95 illik yubileyini qeyd etmək üçün Levante və Ghibli modellərinin F Tributo adlı xüsusi seriyasını hazırlayıb.

Xüsusi buraxılışın adındakı F hərfi Formula 1 çempionatının əfsanəvi pilotu Xuan Manuel Fanxionun xatirəsinə həsr edilib - 1957-ci ildə argentinalı Maserati avtomobilində çıxış edərək çempion titulunu qazanıb. Xüsusi seriyanın debüt vaxtı təsadüfən seçilməyib, çünki düz 95 il əvvəl, 25 aprel 1926-cı il tarixində Tipo26 idman avtomobilini idarə edən Alfieri Mazerati öz sinifində Targa Florio yarışında qalib gəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maserati 95 illik yubileyini xüsusi seriya ilə qeyd edib — Fins.az — Fins.az