Lynk & Co 07GT universalı təqdim olunub

Lynk & Co 07GT universalı təqdim olunub

AVTO
108

Fins.az - Lynk & Co markası yeni 07GT universalı üçün sifariş qəbuluna başlayıb. Model qoşulan hibrid güc qurğusu ilə təchiz olunub və tam ötürücü sistemi ilə təklif edilir.

Yeni avtomobilin satışa çıxışı ilə yanaşı, xüsusi idman versiyası da alıcılara təqdim olunub.

Lynk & Co 07GT ilk dəfə bu ilin yazında anons edilmişdi. İndi isə Çində modelin tam təqdimatı keçirilib, komplektasiyalar və ilkin qiymətlər açıqlanıb.

Universal 2024-cü ildə təqdim olunan Lynk & Co 07 hibrid sedanı əsasında hazırlanıb. Sedan ötən il yenilənərək lidar əsaslı avtopilot sistemi və təkmilləşdirilmiş texniki göstəricilər əldə etmişdi.

Qeyd edək ki, Lynk & Co markası əvvəlcə Geely və Volvo-nun birgə layihəsi kimi yaradılıb. Hazırda isə marka Geely şirkətinin subbrendi kimi fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Lynk & Co 07GT universalı təqdim olunub — Fins.az — Fins.az