Lexus TZ qlobal bazar üçün təqdim olunub

Lexus TZ qlobal bazar üçün təqdim olunub

AVTO
260

Fins.az - Lexus yeni tam elektrikli böyük krossoveri Lexus TZ modelini rəsmi olaraq təqdim edib.

Üç sıra oturacağa malik bu SUV iki mühərrikli tam ötürücü sistemlə təchiz olunub və qlobal model statusu qazanıb.

Məlumata görə, Lexus TZ bir platformanı Toyota və Subaru markalarının yeni böyük krossoverləri ilə bölüşür. Lakin Toyota və Subaru modelləri əsasən ABŞ bazarı üçün nəzərdə tutulduğu halda, Lexus TZ həm ABŞ, həm Yaponiya, həm də Avropa bazarlarında satışa çıxarılacaq.

Yeni modelin bəzi ölkələrdə satışına bu ilin sonuna qədər başlanacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Lexus TZ qlobal bazar üçün təqdim olunub — Fins.az — Fins.az