
Land Rover və Chery birgə layihəsi: yeni Freelander-in prototipi açıqlanıb
Fins.az - Jaguar Land Rover və Chery-nin birgə müəssisəsi CJLR (Chery Jaguar Land Rover) yeni krossover – Freelander-in prototipini nümayiş etdirib. Seriyalı modelin ətraflı məlumatları 2026-cı ilin iyun ayında açıqlanacaq. Yeni krossover yalnız Çin bazarı üçün nəzərdə tutulmayacaq, gələcəkdə digər bazarlara da çıxarılacaq.
CJLR 2012-ci ildən fəaliyyət göstərir və Çanşu şəhərində (Çin, Jiangsu əyaləti) Jaguar və Land Rover avtomobillərinin lokal istehsalını həyata keçirir. Lakin əvvəlki proqnozlardan fərqli olaraq satışlar aşağı olub – 2026-cı ilin yanvar-fevral aylarında cəmi 3 min ədəd avtomobil satılıb. Buna görə də birgə müəssisə bazarda daha çox diqqət cəlb edə biləcək yeni model üzərində işləyir.