
Lada Niva Travel modelinin məhdud saylı xüsusi versiyası təqdim olunub
Fins.az - Lada Niva Travel modelinin məhdud saylı xüsusi versiyası təqdim olunub.
Xüsusi versiyada oturacaqların üzlənməsi təbii dəridən hazırlanıb. Bu seriyanın tirajı cəmi 1000 ədəd olacaq.
Modeli istehsal edən AvtoVAZ bildirir ki, Lada Niva Travel ilk dəfə 2020-ci ilin sonunda təqdim edilib və 2025-ci ildə yenilənmiş versiyası göstərilib.
Yenilənmə nəticəsində modelin xarici görünüşü və texniki xüsusiyyətləri dəyişdirilib. İndi isə istehsalçı avtomobil ailəsini xüsusi məhdud seriya ilə genişləndirir.