Jetour 2030-cu ilə qədər satışlarını 2 milyon avtomobilə çatdırmağı planlaşdırır

Jetour 2030-cu ilə qədər satışlarını 2 milyon avtomobilə çatdırmağı planlaşdırır

AVTO
248

Fins.az - Çinin avtomobil istehsalçısı Jetour 2030-cu ilə qədər satış həcmini üç dəfədən çox artıraraq 2 milyon avtomobilə çatdırmağı planlaşdırır.

Şirkət nümayəndəsinin sözlərinə görə, bu artımın mühüm hissəsi xarici bazarlar hesabına təmin ediləcək. Belə ki, gələcəkdə satışların təxminən yarısının ixracın payına düşəcəyi gözlənilir.

Qeyd olunur ki, Çin avtomobil istehsalçıları son illərdə qlobal bazarlarda mövqelərini gücləndirməyə çalışır və Jetour da bu strategiyanın bir hissəsi kimi beynəlxalq genişlənməyə xüsusi diqqət ayırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Jetour 2030-cu ilə qədər satışlarını 2 milyon avtomobilə çatdırmağı planlaşdırır — Fins.az — Fins.az