Jaguar şirkəti iki yeni E-Type rodsterini buraxıb

Jaguar şirkəti iki yeni E-Type rodsterini buraxıb

AVTO
503

Bu gün təqdim edilən rodster cütlüyü E-Type modelinin istehsalının başa çatmasının 50 illik yubileyini qeyd edir. Hər iki avtomobil Cənub-Şərqi Asiyadan olan müştərinin sifarişi ilə inşa edilib. Onları yaratmaq üçün Jaguar Classic orijinal çertyojlara müraciət edib və avtomobillərin Series I uyğun olması, eyni zamanda sonrakı Series III Commemorative Edition versiyasına istinad etməsi üçün mümkün olan hər şeyi həyata keçirib.

Finss.az xəbər verir ki, layihəyə həmçinin məşhur premium aksessuarlar istehsalçısı Deakin & Francis şirkəti də cəlb olunub. Şirkətin dizaynerləri mirvari, gümüş və 18 karatlıq qızıldan klassik loqotipləri hazırlayıblar. 

Hər iki rodster 1974-cü ilin E-Type modelinin rəng palitrasından götürülmüş orijinal çalarlara boyanıblar: yaşıl Signet Green və qara Opal Black. İnteryer tərtibatında toxunulmuş və adi Bridge of Weir dərisindən, həmçinin anodlaşdırılmış alüminiumdan istifadə olunub.

Mərkəzi konsol metaldan hazırlanıb ki, onun da üzərində E-Type Series I diaqramı həkk olunmuşdur. Rodsterlər Bluetooth-maqnitola və alın şüşəsinin qızdırılması funksiyası ilə təchiz ediliblər. Kapotun altında elektron püskürtməli 3,8-litrlik “altılıq” və beş pilləli Jaguar Classic mexaniki transmissiyası yerləşir.

Bu, karbüratorları və dörd pilləli ötürmələr qutusu olan orijinal spesifikasiyadan bir qədər fərqlidir. Yeni köhnə E-Type rodsterlərinin mühərriklərinin gücü məlum deyil.

Orijinal mühərrik 259 at qüvvəsi və 346 Nm fırlanma anı hasil edirdi ki, bu da idman avtomobilini 100 km/saata 6,9 saniyəyə sürətləndirmək üçün kifayət edirdi. Yeni inşa olunmuş modellərin qiyməti də bildirilmir - çox güman ki, söhbət bir neçə yüz min funt-sterlinqdən gedir.


Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Jaguar şirkəti iki yeni E-Type rodsterini buraxıb — Fins.az — Fins.az