Infiniti QX65-in istehsalına başlanılıb

Infiniti QX65-in istehsalına başlanılıb

AVTO
302

Fins.az - Premium Nissan brendi Infiniti yeni QX65 krossoverinin istehsalına başlayıb.

Modelin seriyalı istehsalı ABŞ-ın Tennessi ştatının Smyrna şəhərində yerləşən Nissan zavodunda təşkil olunub. ABŞ bu avtomobil üçün əsas bazar kimi nəzərdə tutulur və satışların yay aylarında başlaması planlaşdırılır.

Yeni Infiniti QX65 2.0 litrlik VC-Turbo mühərriki ilə təchiz olunacaq və texniki baxımdan üçcərgəli QX60 modeli ilə eyni platformanı bölüşür.

Eyni zavodda Infiniti QX60, Nissan Pathfinder, Nissan Murano və Nissan Rogue modelləri də istehsal olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Infiniti QX65-in istehsalına başlanılıb — Fins.az — Fins.az