"Hyundai"ın xalis mənfəəti kəskin AZALIB

"Hyundai"ın xalis mənfəəti kəskin AZALIB

AVTO
658

Ötən il Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai Motor" şirkətinin xalis mənfəəti 2019-cu illə müqayisədə 33,5% azalaraq 2,118 trln. von (1,9 mlrd. ABŞ dolları) təşkil edib.

Bu barədə şirkətin hesabatında bildirilir.

Qeyd olunur ki, ötən il əldə olunan gəlir 2019-cu ilə nisbətən 1,7% azalaraq 103,998 trln. von (94,3 mlrd. dollar), əməliyyatlar üzrə gəlir isə 22,9% azalaraq 2,781 trln. von (2,5 mlrd. dollar) olub.

2020-ci ilin IV rübündə şirkətin xalis mənfəəti illik ifadədə 1,7 dəfə artaraq 1,377 trln. vona (1,2 mlrd. dollar), gəliri 5,1% artaraq 29,243 trln. vona (26.5 milyard dollar), əməliyyatlar üzrə gəliri isə 1,4 dəfə artaraq 1,641 trln. vona (1,4 mlrd. dollar) çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Hyundai"ın xalis mənfəəti kəskin AZALIB — Fins.az — Fins.az