
Hyundai təqdim edir: Earth və Venus adlı “kosmik” konseptlər
Fins.az - Hyundai iki yeni konsept avtomobili – Earth və Venus – nümayiş etdirib. Bu modelər markanın “kosmik” dizayn istiqamətini davam etdirir və gələcək Ioniq subbrendində öz əksini tapa bilər. Hazırda avtomobillər barədə rəsmi məlumat azdır, lakin yayımlanan teaserlər dizaynın ümumi konturlarını göstərir. Keçmişdə Staria və Stargazer modelləri ilə “kosmik” mövzunu işlədən Hyundai, indi diqqəti Günəş sisteminə yönəldib.