Horse Powertrain ultra yüngül V6 mühərrik və hibrid transmissiya təqdim edib

Horse Powertrain ultra yüngül V6 mühərrik və hibrid transmissiya təqdim edib

AVTO
370

Fins.az - Horse Powertrain şirkəti yeni nəsil güc aqreqatını təqdim edib. Buraya 3,0 litrlik benzinli biturbo V6 mühərrik və ona uyğun hazırlanmış hibrid avtomatik transmissiya daxildir.

Horse W30 adlı mühərrik 544 at gücünə qədər hasil edir və cəmi 160 kiloqram çəkisi ilə diqqət çəkir. Ona qoşulan 4 pilləli hibrid avtomatik sürətlər qutusu (Horse 4LDHT) isə 199 kiloqramdır və iki elektrik mühərriki ilə təchiz olunub.

Şirkətin açıqlamasına görə, bu güc qurğusu ilə təchiz olunacaq ilk seriya avtomobili 2028-ci ildə bazara çıxarılacaq.

Qeyd edək ki, Horse Powertrain 2024-cü ildə yaradılmış birgə müəssisədir. Onun səhmlərinin 45%-i Renault Group-a, 45%-i Geely holdinqinə, 10%-i isə Səudiyyə Ərəbistanının Aramco şirkətinə məxsusdur.

Şirkət daxili yanma mühərrikləri, transmissiyalar və hibrid sistemlərin hazırlanması üzrə ixtisaslaşıb. Hazırda onun Avropa, Çin və Cənubi Amerikada 17 zavodu və 5 tədqiqat mərkəzi fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Horse Powertrain ultra yüngül V6 mühərrik və hibrid transmissiya təqdim edib — Fins.az — Fins.az