Hongqi yeni flaqman yolsuzluq avtomobilini G919 adı ilə təqdim edəcək

Hongqi yeni flaqman yolsuzluq avtomobilini G919 adı ilə təqdim edəcək

AVTO
110

Fins.az - Çinin FAW Group konserninə məxsus premium marka Hongqi yeni çərçivəli yolsuzluq avtomobili üçün rəsmi adı müəyyənləşdirib.

Məlumata görə, model bazara Hongqi G919 adı ilə çıxarılacaq.

Yeni avtomobil ilk dəfə 2026-cı ildə Pekin Avtomobil Sərgisində nümayiş etdirilib.

G919 hibrid güc qurğusu ilə təchiz olunacaq və sistemə dörd elektrik mühərriki daxil olacaq.

İri ölçülü yolsuzluq avtomobilinin Çin bazarında satışına cari ilin sonunadək başlanılması planlaşdırılır.

Şirkət yeni modelin həm yüksək keçid qabiliyyəti, həm də müasir texnologiyalarla seçiləcəyini bildirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hongqi yeni flaqman yolsuzluq avtomobilini G919 adı ilə təqdim edəcək — Fins.az — Fins.az