Honda City sedanı və hetçbeki ikinci dəfə yenilənib

Honda City sedanı və hetçbeki ikinci dəfə yenilənib

AVTO
426

Fins.az - Honda City modelinin büdcə sedan və hetçbek versiyaları ikinci dəfə yenilənib.

Yenilənmədən sonra avtomobillərin xarici görünüşü daha müasir və daha premium üslubda hazırlanıb. Bundan əlavə, avadanlıq səviyyəsi də yaxşılaşdırılıb.

Modelin texniki hissəsində isə dəyişiklik edilməyib.

Hazırkı nəsil Honda City sedanı 2019-cu ildən istehsal olunur, hetçbek versiyası isə 2020-ci ildə təqdim edilib. İlk yenilənmə 2023-cü ildə həyata keçirilmişdi.

Yeni təqdimat Hindistanda və Taylandda keçirilib. Hindistanda yalnız sedan versiyası təqdim olunub, Taylandda isə bütün model ailəsi nümayiş etdirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Honda City sedanı və hetçbeki ikinci dəfə yenilənib — Fins.az — Fins.az