
Haval yeni flaqman SUV modelinin dizaynını təqdim edib
Fins.az - Çinin Haval markası yeni flaqman SUV modelinin xarici görnüşünü tam açıqlayıb. Model Guiyuan platformasında hazırlanır və ilkin məlumatlara görə, tam ötürücülü plug-in hibrid versiyada təqdim olunacaq.
Yeni avtomobil markanın model xəttində ən texnoloji və bahalı SUV olacaq və mövcud modellərdən daha yüksək səviyyədə yerləşəcək.
Qeyd edək ki, modelin adı hələ rəsmi təsdiqlənməyib. Şirkət istifadəçilərə ad seçimi ilə bağlı müxtəlif variantlar təqdim edib və yekun qərarın yaxın zamanda açıqlanacağı gözlənilir.