
Haval-ın yeni flaqman SUV modeli barədə əsas xüsusiyyətlər açıqlanıb
Fins.az - Haval markasının yeni flaqman SUV modeli ilə bağlı əsas texniki xüsusiyyətlər məlum olub. Modelin plug-in hibrid versiyada təqdim ediləcəyi gözlənilir və onun üçün ən azı iki fərqli güc qurğusu variantı nəzərdə tutulub.
Avtomobilin dizaynı bir neçə gün əvvəl rəsmi şəkillərdə təqdim edilsə də, indi modelin texniki məlumatları da Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin kataloqunda yer alıb.
Yeni SUV markanın flaqman modeli kimi təqdim olunur. Onun rəsmi adı isə hələ açıqlanmayıb – adın Çin internet istifadəçiləri tərəfindən seçilməsi planlaşdırılır. Təklif olunan variantlar arasında Haval H10 və Haval HX adları yer alır və model bu adlarla sertifikatlaşdırılıb.