
Haval Great Wall H10-un interyeri ilk dəfə nümayiş etdirilib
Fins.az - Haval markası yeni flaqman hibrid krossoveri Great Wall H10-un satışına hazırlaşır.
Model iki fərqli kuzov uzunluğu, həmçinin beş və ya altıyerlik salon konfiqurasiyası ilə təqdim olunacaq.
Yeni flaqman krossoverin ilk rəsmi görüntüləri bu ilin aprel ayında yayımlanmışdı. Həmin ay keçirilən onlayn səsvermənin nəticələrinə əsasən, model Çində Great Wall H10 adı ilə satışa çıxarılacaq, lakin Haval brendi altında təqdim ediləcək. Marka Great Wall Motor (GWM) konserninə məxsusdur.
Şirkətin keçirdiyi onlayn təqdimatda avtomobilin interyeri ilk dəfə nümayiş etdirilib. Bununla yanaşı, modelin eksteryer dizaynı da yenidən təqdim olunub.
Haval Great Wall H10-un texniki xüsusiyyətləri və qiymətləri satışa yaxın tarixdə açıqlanacaq.