
Great Wall-ın Ora 5 krossoveri Çindən kənara çıxıb
Fins.az - Çinin Great Wall konserninə məxsus Ora markasının yeni krossoveri Ora 5 ilk dəfə xarici bazara çıxarılıb. Modelin ilk ixrac ölkəsi Tayland olub.
Ora 5 bu ölkədə sifariş üçün əlçatan edilib və maraqlı məqam ondan ibarətdir ki, model burada yalnız elektrik versiyada deyil, həm də daxili yanma mühərrikli hibrid variantda təqdim olunur. Halbuki, Çində bu krossover yalnız elektromobil kimi satışa çıxarılmışdı.
Modelin Taylandda ilkin təqdimatı mart ayının ortalarında keçirilsə də, tam təqdimat və texniki xüsusiyyətlərin açıqlanması Banqkok avtosalonu çərçivəsində baş tutub.
Beləliklə, Great Wall Ora 5 modeli ilə beynəlxalq bazarda mövqeyini gücləndirməyi və fərqli güc qurğuları ilə daha geniş müştəri kütləsini cəlb etməyi hədəfləyir.