
Geely Galaxy TT elektrik sedanını təqdim edib
Fins.az - Çinin Geely şirkəti Galaxy seriyasının yeni elektrik sedanı Galaxy TT modelini təqdim edib. Yeni avtomobil Xiaomi SU7 modelinə rəqib kimi qiymətləndirilir.
Arxa ötürücülü versiya 333 at gücünə malik elektrik mühərriki ilə təchiz olunub. Tam ötürücülü modifikasiyanın ümumi gücü isə 578 at qüvvəsinə çatır.
Modelin adı Çində sosial şəbəkə istifadəçilərinin səsverməsi nəticəsində seçilib. Galaxy TT müasir dizaynı və yüksək məhsuldarlığı ilə elektromobil bazarında Geely-nin yeni iddialı modeli kimi təqdim olunur.