Geely Ford-un İspaniyadakı zavodunun bir hissəsini alır

Geely Ford-un İspaniyadakı zavodunun bir hissəsini alır

AVTO
404

Fins.az - Geely Avropada genişlənmə strategiyası çərçivəsində Ford şirkətinin İspaniyanın Valensiya şəhərində yerləşən zavodunun bir hissəsini almağa razılaşıb.

Məlumata görə, bu zavodda Geely modellərinin istehsalı ilə yanaşı, bəzi avtomobillərin Ford markası altında da yığılması planlaşdırılır.

Bu addım Çin avtomobil istehsalçılarının Avropa bazarında mövqeyini gücləndirmə strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Qeyd olunur ki, Ford son illərdə Avropada modellərini azaldaraq istehsal gücündə boşluqlar yaradıb və bəzi zavodların taleyi yenidən strukturlaşdırılır.

Ekspertlər bu əməkdaşlığın həm istehsal xərclərinə, həm də Avropa avtomobil bazarının rəqabət balansına ciddi təsir göstərə biləcəyini bildirirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Geely Ford-un İspaniyadakı zavodunun bir hissəsini alır — Fins.az — Fins.az