
GAC və Huawei Aistaland GX7 krossoverini təqdim ediblər
Fins.az - GAC və Huawei şirkətlərinin birgə yaratdığı Aistaland markası ikinci modeli – GX7 krossoverini təqdim edib.
Məlumata görə, yeni modelin satışına bu ilin payızında başlanılması planlaşdırılır. Gözlənilir ki, markanın ilk modeli kimi, GX7 də tam elektrik mühərriki ilə təchiz olunacaq.
Aistaland (Çində Qijing adı ilə tanınır) GAC və Huawei-nin birgə layihəsidir. Digər Huawei tərəfdaşlıqlarından fərqli olaraq, bu marka HIMA alyansına daxil deyil.
Brendin ilk modeli olan GT7 elektrik universalının tam təqdimatı da bu gün Çində baş tutub.
Şirkətlər yeni GX7 modeli ilə elektrik avtomobilləri seqmentində mövqelərini daha da gücləndirməyi hədəfləyirlər.