Freelander 8: Land Rover və Chery-nin yeni böyük SUV modeli təqdimata hazırlaşır

Freelander 8: Land Rover və Chery-nin yeni böyük SUV modeli təqdimata hazırlaşır

AVTO
223

Fins.az - Land Rover və Chery şirkətlərinin birgə layihəsi çərçivəsində hazırlanan yeni böyük SUV modeli – Freelander 8-in seriya versiyasının xarici görnüşü açıqlanıb.

Məlumata görə, model Chery Jaguar Land Rover birgə müəssisəsi tərəfindən hazırlanır və onun Çin bazarında satışına bu ilin ikinci yarısında başlanması planlaşdırılır.

Freelander 8, qısa müddət əvvəl təqdim edilən Freelander Concept 97 konsepti əsasında yaradılıb. Artıq modelin seriya versiyasının ilk rəsmi görüntüləri yayımlanıb. Bundan əvvəl isə avtomobilin kamuflyajlı prototipi nümayiş etdirilmişdi.

Yeni model Land Rover-in SUV seqmentində mövqeyini gücləndirməyi və Çin bazarında rəqabət qabiliyyətini artırmağı hədəfləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Freelander 8: Land Rover və Chery-nin yeni böyük SUV modeli təqdimata hazırlaşır — Fins.az — Fins.az