Ford səhmləri qüsurlu şüşə silən mühərrik xəbəri ilə 2,9% ucuzlaşıb

Ford səhmləri qüsurlu şüşə silən mühərrik xəbəri ilə 2,9% ucuzlaşıb

AVTO
350

Fins.az - Ford Motor Company ABŞ-də təxminən 604 500 avtomobili geri çağırır. Səbəb şüşə silən mühərrikindəki nasazlıq olub.

Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) bildirir ki, qüsurlu mühərrik sıradan çıxdıqda sürücünün görmə qabiliyyəti pozula bilər və qəza riski artır. Dilerlər avtomobilləri yoxlayacaq və zəruri hallarda mühərrikləri pulsuz dəyişdirəcəklər.

Geri çağırma 2020–2022-ci il modelləri olan Ford Explorer, Ford Escape, Lincoln Aviator və Lincoln Corsair avtomobillərinə şamil edilir.

Xəbər fonunda şirkətin səhmləri cümə axşamı 2,9% ucuzlaşıb, ilin əvvəlindən bəri bazarda kapitallaşma 5,2% azalaraq 51,1 milyard dollara düşüb.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ford səhmləri qüsurlu şüşə silən mühərrik xəbəri ilə 2,9% ucuzlaşıb — Fins.az — Fins.az