Ford Otosan üçüncü rübdə 13 milyard 14 milyon TL xalis mənfəət əldə edib

Ford Otosan üçüncü rübdə 13 milyard 14 milyon TL xalis mənfəət əldə edib

AVTO
350

Ford Otosan 2023-cü ilin üçüncü rübü üçün balans hesabatını paylaşıb.

Fins.az xəbər verir ki, 2023-cü ilin üçüncü rübündə 9 milyard 197 milyon TL olan bazar gözləntisinin 40% üzərində 13 milyard 14 milyon TL xalis mənfəət açıqlanıb.  Beləliklə, şirkətin 2023-cü ilin ilk doqquz ayında xalis mənfəəti əvvəlki ilin eyni dövrünə görə  143% artaraq 25 milyard 94 milyon TL olub.

Üçüncü rüb maliyyə göstəriciləri ilə şirkətin doqquz aylıq EBITDA marjı  11,69% , xalis mənfəət marjı  11,11% və ümumi mənfəət marjı 15,33% olub.

Günel Məlikzadə
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ford Otosan üçüncü rübdə 13 milyard 14 milyon TL xalis mənfəət əldə edib — Fins.az — Fins.az