Ford Edge L yenilənməyə hazırlaşır

Ford Edge L yenilənməyə hazırlaşır

AVTO
322

Fins.az - Ford Motor Company şirkəti Ford Edge L modelinin yenilənmiş versiyasını təqdim etməyə hazırlaşır.

Kamuflyajsız yayılan fotolardan görünür ki, böyük krossoverin xarici görünüşündə dəyişikliklər ediləcək. Restaylinqdən sonra modelin ön hissəsində, radiator barmaqlığında və işıq elementlərində yeniliklərin olacağı gözlənilir.

Model hazırda əsasən Çin bazarı üçün istehsal olunur və yerli bazarda “Edge L” adı ilə satılır. Avtomobilin istehsalı Changan Ford birgə müəssisəsi tərəfindən həyata keçirilir.

Məlumata görə, yenilənmiş krossover həm daxiliyanma mühərrikli, həm də hibrid versiyalarla təklif olunmağa davam edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ford Edge L yenilənməyə hazırlaşır — Fins.az — Fins.az