
Ford 30 min dollarlıq yeni elektrik pikap hazırlayır
Ford Motor Company yeni orta ölçülü elektrik pikap üzərində çalışır. Məlumata görə, modelin başlanğıc qiyməti təxminən 30 min dollar olacaq.
Yeni pikap ölçülərinə görə Ford Maverick modelinə yaxın olacaq və tam elektrik güc qurğusu ilə təchiz ediləcək.
Şirkət Ford F-150 Lightning modelinin satışlarında yaşanan çətinliklərə baxmayaraq, elektromobil istiqamətini inkişaf etdirmək niyyətindədir.
Xatırladaq ki, Ford 2022-ci ildə daxili yanma mühərrikli modellər üçün Ford Blue, elektromobillər üçün isə Ford Model e adlı iki ayrıca bölmə yaratmışdı. Lakin 2025-ci ilin maliyyə nəticələrindən sonra aparılan yenidənqurma çərçivəsində Model e bölməsinin ləğvinə qərar verilib.