
Fiat Topolino Sport xüsusi versiyasını və Multiplina konseptini təqdim edib
Fins.az - Fiat Topolino elektromobilinin Sport adlı xüsusi versiyasını, həmçinin Multiplina konsept avtomobilini təqdim edib.
Şirkətin bildirdiyinə görə, Multiplina konsepti 1956–1967-ci illərdə istehsal olunmuş əfsanəvi Fiat 600 Multipla modelinin müasir varisi kimi hazırlanıb.
Müasir Fiat Topolino ilk dəfə 2023-cü ilin yazında təqdim edilib. Model texniki baxımdan Stellantis konserninə məxsus Citroen Ami və Opel Rocks-e elektromobilləri ilə eyni platformanı bölüşür.
Hazırda Fiat Topolino Mərakeşdə yerləşən Stellantis zavodunda istehsal olunur. Sport versiyası isə modelə daha fərqli görünüş və idman üslubunda dizayn elementləri əlavə edir.