
Fiat Grizzly və Grizzly Fastback krossoverləri oktyabrda təqdim olunacaq
Fins.az - Stellantis konserninə daxil olan Fiat markası yeni Grizzly və Grizzly Fastback krossoverlərinin rəsmi təqdimatının oktyabr ayında Paris Avtosalonunda keçiriləcəyini açıqlayıb.
Şirkətin planına əsasən, hər iki modelin Avropa bazarında satışına ilin sonunadək başlanılacaq. Yeni krossoverlər istehsaldan çıxarılan Fiat Tipo modelini əvəz edəcək.
Fiat Grizzly və Grizzly Fastback modellərinin ilk anonsu bu ilin iyun ayında verilib. Onların dizaynı 2024-cü ilin fevralında nümayiş etdirilən konsept avtomobillərə əsaslanır. Əvvəlcə bu modellərin Panda ailəsinin bir hissəsi olacağı nəzərdə tutulsa da, sonradan şirkət strategiyasını dəyişərək onları Grizzly adı altında təqdim etmək qərarına gəlib.