Fiat ABŞ-da 500e modelini yeniləyib və qiymətini artırıb

Fiat ABŞ-da 500e modelini yeniləyib və qiymətini artırıb

AVTO
387

Fins.az - Fiat ABŞ bazarı üçün elektrik Fiat 500e modelini cüzi yeniləyib və onun qiymətini əhəmiyyətli dərəcədə artırıb.

Məlumata görə, modelin dəyəri 5200 dollar yüksəlib. Bu addım satışları onsuz da zəif olan avtomobil üçün diqqətçəkici dəyişiklik hesab olunur.

Stellantis konserninə daxil olan Fiat markası bu tam elektrik hetçbeki ilk dəfə 2020-ci ilin martında təqdim etmişdi. Lakin aşağı tələbat səbəbindən istehsal bir neçə dəfə müvəqqəti dayandırılıb.

Şirkət daha sonra benzin mühərrikli versiyanı yenidən bazara qaytarmaq qərarı versə də, Fiat 500e modelini istehsalda saxlamağa davam edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fiat ABŞ-da 500e modelini yeniləyib və qiymətini artırıb — Fins.az — Fins.az