Ferrari Amalfi Spider təqdim olunub

Ferrari Amalfi Spider təqdim olunub

AVTO
339

Fins.az - Ferrari şirkəti yeni Amalfi Spider modelini təqdim edib. Bu model açıq kuzovlu versiya olaraq əvvəlki Roma Spider modelini əvəz edir və daha gücləndirilmiş mühərriklə təchiz olunub.

Avtomobilin yumşaq tavanı əvvəlki modellərdə olduğu kimi 13,5 saniyəyə qatlanır və bu proses saatda 60 km sürətədək həyata keçirilə bilər. Şirkət hələlik Amalfi Spider modelinin qiymətini açıqlamayıb.

Ferrari Roma modeli ilk dəfə 2019-cu ildə təqdim olunmuşdu və əvvəlcə Portofino modelini tamamlayırdı, daha sonra isə onu tam əvəz etmişdi. Roma həm kupe, həm də kabriolet versiyada təqdim olunmuşdu.

Yeni Amalfi modelinin adı İtaliyanın Salerno vilayətində yerləşən sahil şəhəri Amalfinin şərəfinə seçilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ferrari Amalfi Spider təqdim olunub — Fins.az — Fins.az