Ferrari 599 GTB bazasında unikal shooting brake təqdim edilib

Ferrari 599 GTB bazasında unikal shooting brake təqdim edilib

AVTO
108

Fins.az - Niderlandlı dizayner Nils van Roy Ferrari 599 GTB bazasında hazırlanmış unikal Daytona Shooting Brake Hommage modelini təqdim edib.

Layihə 1972-ci ildə cəmi bir nüsxədə istehsal olunan Ferrari 365 GTB/4 Shooting Brake modelinə ithaf edilib və onun əsas dizayn elementlərini müasir üslubda yenidən canlandırır. Avtomobil eksklüziv kuzov quruluşu və fərdi dizayn həlləri ilə seçilir. Layihə Ferrari avtomobillərinin fərdiləşdirilməsi sahəsində Niels van Roij Design studiyasının növbəti xüsusi işi hesab olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ferrari 599 GTB bazasında unikal shooting brake təqdim edilib — Fins.az — Fins.az