
FAW yeni Yueyi 08 liftbekini təqdim edib
Fins.az - Çinin FAW konserni Yueyi markasının model sırasını yeni Yueyi 08 liftbeki ilə genişləndirib.
Yeni model həm tam elektrik, həm də hibrid güc qurğuları ilə təklif olunur. Beləliklə, Yueyi 03 və Yueyi 07 krossoverlərindən sonra markanın üçüncü modeli bazara çıxarılıb.
Yueyi 08 ilk dəfə ötən il konseptə yaxın prototip kimi nümayiş etdirilmişdi. İndi isə model Çin bazarında sifariş üçün əlçatan olub və onun ilkin qiymətləri açıqlanıb.
Yueyi markası FAW konserninin elektromobil və hibrid nəqliyyat vasitələrinə yönəlmiş brendi hesab olunur. Brend əvvəlcə Bestune markasının tərkibində yaradılıb.