Esteo Rusiyada yeni böyük Exlantix ET8 krossoverini təqdim etməyə hazırlaşır

Esteo Rusiyada yeni böyük Exlantix ET8 krossoverini təqdim etməyə hazırlaşır

AVTO
132

Fins.az - Esteo şirkəti Rusiya bazarında yeni iri ölçülü Exlantix ET8 modelini təqdim etməyə hazırlaşır.

Məlumata görə, 6 yerlik SUV ardıcıl hibrid güc qurğusu ilə təchiz olunub və istehsalçının hesablamalarına əsasən, ümumi yürüş məsafəsi 1000 kilometrdən çoxdur.

Layihə Defetoo ilə birgə həyata keçirilir və Rusiyada avtomobil istehsalının genişləndirilməsi planının bir hissəsidir.

Esteo brendi 2026-cı ilin aprelində təqdim olunub və Exeed markasını əvəz etdiyi ehtimal edilir. İlk model kimi D seqmentinə aid Esteo MX krossoveri istehsala buraxılıb və Sankt-Peterburqdakı Şuşarı zavodunda yığılır.

Yeni ET8 modelinin yaxın aylarda satışa çıxarılması gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Esteo Rusiyada yeni böyük Exlantix ET8 krossoverini təqdim etməyə hazırlaşır — Fins.az — Fins.az