Elektromobillərin satışı 10% artıb

Elektromobillərin satışı 10% artıb

AVTO
1,047

Ötən il dünyada satılan elektrik avtomobillərinin sayı açıqlanıb.

Fins.az-ın məlumatına görə, 2019-cu ildə dünyada 2,21 mln. elektrik nəqliyyat vasitəsi satılıb ki, bu da 2018-ci illə müqayisədə 10% çoxdur. Elektromobillər ümumi avtomobil bazarındakı payını 2,1%-dən 2,5%-ə yüksəldə bilib.

Ötən il ən çox "Tesla" (367 820 ədəd), BYD (229 506 ədəd) və BAIS (160 251 ədəd) elektromobilləri satılıb. 2019-cu ilin ən populyar elektromobillər sırasına həmçinin SAIC, BMW, "Volkswagen", "Nissan", "Geely", "Hyundai" və "Toyota" şirkətlərinin istehsal etdiyi elektrik nəqliyyat vasitələri də daxil olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Elektromobillərin satışı 10% artıb — Fins.az — Fins.az