Dünyanın ən böyük yolsuzluq avtomobili muzeyə təhvil verildi – VİDEO

Dünyanın ən böyük yolsuzluq avtomobili muzeyə təhvil verildi – VİDEO

AVTO
600

Dubayda yerlşən Yolsuzluq Tarixi Muzeyi (Off Road History Museum) daha bir eksponat əldə edib.

Dünyanın ən böyük 4x4 təkərli avtomobili olan ABŞ istehsalı LARC LX üzən transporteri BƏƏ-yə gətirilib.

Motor.ru portalının məlumatına görə, bu hərbi texnika ötən əsrin 60-cı illərində yaradılıb və 2001-ci ilədək ABŞ ordusunda istifadə edilib.

İkimərtəbəli ev ölçüsündə olan nəhəng avtomobildə 200 əsgər daşına bilər. Onun yükgötürmə qabiliyyəti 130 tondur.

“Polad amfibiyanın” öz çəkisi isə 100 tondur.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünyanın ən böyük yolsuzluq avtomobili muzeyə təhvil verildi – VİDEO — Fins.az — Fins.az