Dünyada yeganə olan "Ferrari" hərraca çıxarılıb

Dünyada yeganə olan "Ferrari" hərraca çıxarılıb

AVTO
385

Unikal "Ferrari F40" avtomobili "Iconic Auctioneers" hərracında satışa çıxarılıb.

Bu nümunə digərlərindən öz mühərriki ilə fərqlənir. V8 mühərriki ilə təchiz edilmiş standart modeldən fərqli olaraq, onun kapotu altında V12 quraşdırılıb. Lotun gözlənilən dəyəri 500-600 min funt sterlinqdir (təxminən 640-770 min dollar).

Finss.az xəbər verir ki, bu avtomobil əvvəlcə "Ferrari" tərəfindən sınaq üçün istifadə edilib, sonra isə Britaniya "Simpson Motorsport"da iştirak edib.

"Ferrari F40" italyan brendinin 40 illik yubileyi üçün yaradılıb və şirkətin qurucusu Enzo Ferrarinin hazırladığı sonuncu avtomobil olub.

Kaira Ağayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünyada yeganə olan "Ferrari" hərraca çıxarılıb — Fins.az — Fins.az