
“Dəmir adam” üslubunda eksklüziv Gunther Werks Project End Game təqdim edilib
Fins.az - ABŞ-nin Gunther Werks şirkəti Porsche 911 (993 nəsli) bazasında hazırladığı Speedster model xəttini unikal Project End Game versiyası ilə tamamlayıb.
“Dəmir adam” üslubunda hazırlanmış bu xüsusi avtomobil şirkətin indiyədək istehsal etdiyi ən güclü və ən bahalı Speedster hesab olunur.
Modelin dizaynında premium materiallardan istifadə edilib və interyer detallarında hətta saf qızıl tətbiq olunub.
Project End Game həm texniki göstəriciləri, həm də eksklüziv görünüşü ilə kolleksiyaçılar üçün xüsusi dəyərə malik avtomobil kimi təqdim edilir.