
Dacia yeni Striker kross-universalını təqdim edib
Fins.az - Renault Group-un tərkibinə daxil olan Rumıniyanın Dacia markası yeni Striker kross-universal modelini təqdim edib.
Şirkətin məlumatına görə, model bu ilin sonunadək satışa çıxarılacaq və tam ötürücülü versiyası da təklif olunacaq. Başlanğıc qiymətinin 25 min avrodan aşağı olacağı bildirilir. Dacia Striker-i krossover, universal və sedan xüsusiyyətlərini birləşdirən model kimi təqdim edir. Şirkət yeni avtomobillə ənənəvi krossoverlərə alternativ axtaran, eyni zamanda geniş salon və praktikliyi qorumaq istəyən alıcıları hədəfləyir.