Citroen 2CV rəsmi olaraq yenidən təqdim olunacaq

Citroen 2CV rəsmi olaraq yenidən təqdim olunacaq

AVTO
338

Citroen - 2028-ci ildə məşhur 2CV modelini yenidən bazara qaytaracaq.

Yeni model ucuz elektrik avtomobili kimi “E-Car” layihəsi çərçivəsində hazırlanır və təxminən 15 000 avro qiymət seqmentində olacaq.

Avtomobil Stellantis şirkətinin İtaliyanın Pomilyano-d’Arko zavodunda istehsal ediləcək və Fiat ilə əlaqəli büdcə elektrik modelinə də yaxın olacaq.

Yeni Citroën 2CV dizayn baxımından orijinal modelə bənzəyəcək və onun klassik “yumru” forması qorunacaq.

Qeyd edək ki, 2CV modeli tarixdə sadə və xalq avtomobili kimi tanınıb və özünəməxsus dizaynına görə “çirkin ördək balası” ləqəbini alıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Citroen 2CV rəsmi olaraq yenidən təqdim olunacaq — Fins.az — Fins.az