
Chevrolet Corvette Grand Sport yeni V8 mühərriki və tam ötürmə ilə təqdim edilib
Fins.az - General Motors şirkəti orta mühərrikli Chevrolet Corvette Grand Sport-un tam detallarını açıqlayıb. Bu versiya yeni 6,7-litrlik LS6 V8 atmosfer mühərriki ilə təchiz olunub və 542 at gücünə malikdir.
Yeni mühərrik standart Corvette Grand Sport-un arxa ötürməli modelini əvəz edərək 6,2-litrlik LT2 V8-in yerini tutur. Eyni zamanda, polnoprivodlu hibrid Corvette Grand Sport X modeli də təqdim olunub.
Beləliklə, Chevrolet Corvette-in səkkizinci nəsli (C8) üçün V8 LS6 mühərriki ilə bağlı bütün şayiələr təsdiqlənmiş olub və bəzi maraqlı texniki detallar rəsmi olaraq açıqlanıb.