Chery Fulwin ailəsi: A9 sedan və iki universal model təqdim olunub

Chery Fulwin ailəsi: A9 sedan və iki universal model təqdim olunub

AVTO
219

Fins.az - Chery şirkəti Pekində keçirilən avtosalon çərçivəsində Fulwin elektromobil ailəsinin yeni modellərini təqdim edib.

Təqdimat zamanı Fulwin A9 sedanı və iki fərqli universal model nümayiş olunub. A9 artıq seriya istehsalına hazır model kimi təqdim edilib və onun üçün ilkin sifarişlərin qəbulu başlanıb. Lakin avtomobilin bütün texniki xüsusiyyətləri və qiyməti hələ açıqlanmayıb.

Şirkət həmçinin universal kuzovlu modelləri də sərgidə nümayiş etdirib, lakin onların seriya istehsalına buraxılıb-buraxılmayacağı ilə bağlı yekun qərarın hələ verilmədiyi bildirilir.

Yeni Fulwin xətti Chery-nin elektrikləşdirilmiş avtomobillər seqmentində mövqeyini gücləndirməyə yönəlib və ayrıca emblemlə təqdim olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Chery Fulwin ailəsi: A9 sedan və iki universal model təqdim olunub — Fins.az — Fins.az