
Chery Böyük Britaniyada Nissan zavodunda avtomobil istehsal edəcək
Fins.az - Çinin avtomobil istehsalçısı Chery Avropa bazarındakı mövqeyini gücləndirmək istiqamətində növbəti addım atıb.
Şirkət Böyük Britaniyanın Sanderlend şəhərində yerləşən Nissan zavodunda avtomobil istehsalının lokallaşdırılması ilə bağlı ilkin razılıq əldə edib.
Məlumata görə, Nissan-ın istehsal gücünü azaltması nəticəsində boşalan sahələrdən istifadə olunacaq. Daha əvvəl həmin istehsal sahələrinə maraq göstərən şirkətlər arasında Chery ilə yanaşı digər Çin istehsalçıları da var idi.
Tərəflər arasında razılaşma hələlik ilkin xarakter daşısa da, hüquqi sənədlərin yaxın aylarda rəsmiləşdirilməsi gözlənilir.