
BYD Racco Yaponiya bazarına çıxmağa hazırlaşır
Fins.az - Çinin BYD şirkəti Yaponiya bazarı üçün xüsusi hazırladığı Racco adlı elektrik mikrovəninə marağı artırmağa davam edir.
Populyar kei-kar seqmentinə aid olan model Yaponiyada üç fərqli komplektasiya ilə təqdim ediləcək.
BYD Racco ilk dəfə 2025-ci ilin payızında Tokioda nümayiş etdirilib, 2026-cı ilin əvvəlində isə avtomobilin salonu təqdim olunub.
Şirkət satışların başlaması ərəfəsində Yaponiyada xüsusi müsabiqə də elan edib. İştirakçılara modelin ən bahalı versiyasının qiymətini təxmin etmək təklif olunur. Mükafat olaraq isə BYD Racco avtomobili təqdim ediləcək. Qalib və rəsmi qiymətlər iyulun 28-də açıqlanacaq.