BYD Avropa üçün Denza Z elektrik idman avtomobilini təqdim edib

BYD Avropa üçün Denza Z elektrik idman avtomobilini təqdim edib

AVTO
110

Fins.az - BYD şirkətinə məxsus Denza markası Böyük Britaniyada keçirilən Goodwood Sürət Festivalı çərçivəsində yeni Denza Z elektrik idman avtomobilini təqdim edib.

Əsasən Avropa bazarı üçün nəzərdə tutulan model kupe və kabriolet kuzovlarında satışa çıxarılacaq. Avtomobil 1604 at gücünə malik üç elektrik mühərrikli güc qurğusu ilə təchiz edilib. Satışların cari ilin sonunadək başlanması planlaşdırılır.

Şirkət Denza Z-ni Porsche 911 modelinə elektrik alternativi kimi təqdim edir. Modelin dizaynı əvvəllər Audi və Lamborghini kimi markalarda çalışmış dizayner Volfqanq Eggerin rəhbərliyi altında hazırlanıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BYD Avropa üçün Denza Z elektrik idman avtomobilini təqdim edib — Fins.az — Fins.az